Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
9 Avqust , 2019



Yasamal rayon MKS-inin M.Ş. Vazeh adına Mərkəzi Kitabxanasının  fəal oxucusu Nuray Araz qızı Fərzəliyeva 2002-ci ildə Bakı şəhərində anadan olub.   Bu il Telman Abbasov adına 225 nömrəli  tam orta məktəbi bitirən Nuray Fərzəliyeva 580 bal toplayaraq BDU-nin Hüquq  fakultəsinə daxil olmuşdur.  O, mütaliəni sevir, kitabxananın əməkdaşlari Pərvanə Qarayeva və İradə Hüseynova ilə görüşündə öz hisslərini kağıza köçürdüyünü yazıçı olmaq arzusunda olduğunu bildirdi. Onun yazılarını oxucularımıza təqdim edirik.

     Nuray ictimai xadim, yazıçı, publisist və dramaturq Şamil Xurşudun nəvəsidir.

                                                             Biraz soyuq, tutqun....amma məğrur

Hərdən payıza bənzədirəm özümü. Yarpaqları tökülmüş, biraz hamıdan incimiş. Hərdən payıza bənzədirəm özümü biraz soyuq, tutqun, amma məğrur. Bəzən yağışlı, dumanlı səmaya,göyün üzündəki o dolmuş buludlara bənzədirəm özümü. Hərdən o buludtək yağışı yağdırmaq istəyirəm. İldırım kimi caxmaq, külək kimi əsmək istəyirəm. Hərdən payıza bənzədirəm özümü biraz soyuq, tutqun... amma məğrur.

 

                                                              Darıxıram......

Darıxıram, heç içimə çəkmədiyim qoxun üçün. Mənə baxmayan o gözlərin üçün, heç zaman toxunmadığım əllərin üçün darıxıram. Sənə bu qədər yaxınkən uzaq olmaqdan darıxıram. Duymadığım ətrin üçün çox darıxıram məsələn. Gəlməyəcəyini bilə bilə səni gözləmək üçün, heç zaman adımı demədiyin səsi üçün  çox darıxıram. Yaman darıxıram sevdiyim. Məni heç zaman sevməsəndə darıxıram sənin üçün.

Məni sevəcəyin günlər üçün darıxıram. Nə vaxtsa; Nə vaxtsa  adımı adının yanında görmək üçün. Bilirsən ən çox? Bizim üçün, bizim üçün darıxıram.

 

 

 

 

 

   


Foto Qalereya