Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Elanlar
8 Oktyabr , 2019



Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçiriləcək.

Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan kitabxanaların oxucuları iştirak edə bilər. Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi oktyabr ayı ərzində müsabiqənin iki turunu keçirəcək və MKS üzrə qalib iki nəfər iştirakçı final mərhələsində çıxış edəcək.

Müsabiqənin keçirilməsində məqsəd uşaqlar arasında mütaliənin təbliği, mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılması, istedadlı uşaqların aşkarlanmasıdır.