Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
21 Noyabr , 2019

İsrailin Azərbaycan Respublikasındakı Səfirliyi Yasamal rayon MKS-inin Mərkəzi Kitabxanasınayəhudi şairi Raxel Bluvşteyn-Selanın kitablarını hədiyyə etdi. Kitabda şairin Azərbaycan və ibri dillərində 25 şeiri nəşr olunmuşdur. Ön sözün müəllifi  İsrailin Azərbaycandakı səfiri Dan Stavqeyd edib ki, İsrail xalqının mənəvi dəyərlərini qoruyub saxlaması və qiymətləndirməyi üçün  Raxel yaradıcılığının İsrail mədəniyyətinin bir hissəsi kimi qorunması çox əhəmiyyətlidir.

1890-cı ildə Rusiyanın Saratov şəhərində anadan olan Raxel sonralar İsrailin Rehovot şəhərinə köçmüşdür. Birinci Dünya müharibəsi illərində xəstəlik tapan şair 16 aprel 1931-ci ildə dünyasını dəyişib. Onun ölümünə bir çox şeirlər həsr olunmuşdur. İbri ədəbiyyatının məşhur şairlərindən biri olan Xaim Naxman Byalik onun haqqında söyləmişdir ki, “poeziyasının qüvvəsiylə dünyasını dəyişən şairə Raxelin şeirlərində sanki fədakarlığa qurban gedənlərin səsi vardı”.

Raxelin bir çox şeirlərinə mahnılar da bəstələnib.