Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
2 Dekabr , 2019


Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının böyük metodisti İradə Hüseynova Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının 3a sinfində “Nağıllar aləminə səyahət” adlı tədbir keçirdi.

Şagirdlər kitabxana əməkdaşının təqdim etdiyi nağıl kitabları ilə tanış oldular. O, şagirdlərə müxtəlif nağıllar haqqında məlumat verdi və “Üç pişik nağılı”, “Zürafənin boynu necə uzandı” nağıllarını oxudu. Şagirdlər də həmin kitablardan nağıllar oxudular.

Sonra “Tülkü və Leylək” nağılı nümayiş olundu. Nağıl uşaqların çox xoşuna gəldi.

 



Foto Qalereya