Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
13 Yanvar , 2020


1 yanvar

 

1813 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Lənkəran qalasını alıblar. Talış xanlığı Rusiya tərəfindən işğal edilib.

Gülüstan müqaviləsi (12 oktyabr 1813) ilə bu işğal rəsmiləşdirildi, 1826-cı ildə isə Rusiya çarı I Nikolayın fərmanı ilə Talış xanlığı ləğv edildi.

* * *

1841 - Çar I Nikolayın imzaladığı inzibati islahat qanununa (10.04.1840) əsəsən, Cənubi Qafqaz paytaxtı Tiflis olmaqla İmereti quberniyasına və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bolündü.

Kaspi vilayətinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi.

Azərbaycanın Yelizavetpol (Gəncə), Qazax, Balakən və Naxçıvan bölgələri İmereti quberniyasının tərkibinə daxil edildi.

* * *

1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb. Bu bərədə siyasi qərar 1926-cı ildə Bakıda keçirilmiş Ümumittifaq türkoloji qurultayın tövsiyəsinə əsasən qəbul olunmuşdu.

Lakin ortaq əlifba sayəsində Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsindən ehtiyat edən SSRİ rəhbərliyi çox keçmədən onu aradan qaldırdı.

* * *

1937 - Xalq artisti Eldəniz Zeynalov (1937 - 5.11.2001) anadan olub.

“Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

* * *

1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib.

Bu barədə göstəriş 1939-cu ildə SSRİ rəhbəri Stalin tərəfindən verilmiş, həmin il iyulun 11-də Azərbaycan SSR Ali Soveti bununla bağlı qanun qəbul etmişdi.

* * *

1947 - Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev, 1947 - 3.6.2006) Şamaxı rayonunda doğulub.

“Qatır Məmməd” bədii, “Üzeyir ömrü” televiziya filmlərində, tamaşalarda maraqlı rollar oynayıb.

* * *

1997 - ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan Finlandiyanı Fransa (ikinci həmsədr ölkə Rusiya idi) əvəz edib.

Rəsmi Bakı onunla razılaşdırılmamış bu dəyişikliyə etiraz edib və ABŞ-ın həmsədrliyini irəli sürüb.

Nəticədə Minsk qrupunda üçlü həmsədrlik (Rusiya, ABŞ, Fransa) formalaşdı.

2 yanvar

 

 

1897 - Görkəmli alim və ictimai xadim Əziz Əliyev (1897-1962) anadan olmuşdur. Professor Ə.Əliyev 1930-cu illərdə Azərbaycan Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru işləyib, respublikanın səhiyyə naziri (xalq komissarı) olub. 1940-cı illərdə Rusiya Federasiyasının Dağıstan vilayətinə rəhbərlik edib, 1950-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olub.

 

   

 

1920 - Sovet (bolşevik) Rusiyasının xarici işlər komissarı Çiçerin Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyskiyə nota göndərib. Bolşeviklər Azərbaycandan Rusiyadakı vətəndaş müharibəsinə tərəf olaraq qoşulmağı və general Denikinə qarşı savaş elan etməyi tələb edirdilər. Cümhuriyyət hökuməti bu tələbi rədd etdi.

 

 

 

1945 - Tanınmış aktyor, teatr və kinoda yaddaqalan obrazlar yaratmış Səməndər Rzayev (1945-1986) anadan olub. “Nəsimi” (Şirvanşah İbrahim), “Babək” (İbn Bəis), “Babamızın babasının babası” (Əliquliyev),  “Evlənmək istəyirəm” (Həsən ağa),  “Bağ mövsümü” (Ağamirzə), “Bəyin oğurlanması” (Hidayət) və s. filmlərdə çəkilib. Bir çox televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.

 

 

1992 - Ekvador Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə xeyli sonra, 2004-ci il martın 22-də quruldu.

 

3 yanvar

 

 1804 - Gəncə xanı Cavad xan oğlu ilə birlikdə general Pavel Sisianovun başçılıq etdiyi rus qoşunları ilə döyüşdə qəhrəmancasına həlak olub. Cavad Şahverdi xan oğlu 19 il (1785-1804) Gəncənin xanı olmuş, Azərbaycanın tarixində vətənpərvər, mərd və cəsur sərkərdə kimi qalmışdır. Çar Rusiyasının Gəncə xanlığını işğal etməsi ilə Azərbaycanın digər xanlıqlarının işğalına da yol açılmış oldu.

 

 * * *

 

1907 - Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 - 1985) anadan olub.

 

 * * *

 

1955 - İctimai-siyasi xadim Oqtay Əsədov anadan olub. 2000, 2005 və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib. 2005-ci ilin dekabrından parlamentin sədridir.

 

 * * *

 

1990 - SSRİ rəhbərliyinin qərarı ilə Sovet Ordusunun hissələri “erməni əhalisinin müdafiəsi məqsədilə” Azərbaycan ərazisinə yeridilməyə başlayıb. Bu, 20 Yanvar qırğınına hazırlıq idi.

 

 * * *

 

2004 - Bakıda Azərbaycan Respublikasının Nazirlər Kabineti və ABŞ-ın Müdafiə Nazirliyi arasında “Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlıq haqqında saziş” imzalanıb.

 

* * *

4 yanvar

 

 

1878 - Tanınmış satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri Əli Nəzmi (1878-1946) anadan olub.

* * *

1932 - Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869, Naxçıvan - 1932, Bakı) vəfat edib.

* * *

Cəlil Məmmədquluzadə hekayə və povestləri, dram əsərləri, məşhur "Ölülər" komediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib.

* * *

Ədib "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

* * *

1946 - Xalq artisti Rafael Məlik oğlu Dadaşov Naxçıvanda doğulub.

* * *

“Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərində, televiziya («Ordan-burdan», «Göz həkimi» və s.) və teatr tamaşalarında yaddaqalan rollar oynayıb.

* * *

1950 - Tanınmış aktrisa İnarə Quliyeva Moskvada anadan olub. Rusiyanın Əməkdar artistidir. “Alma almaya bənzər” (Aliyə), “Dədə Qorqud (Selcan), “Qayınana” (Afət) filmlərində çəkilib.

* * *

1963 - Azərbaycan SSR Ali Soveti Reyasət Həyətinin fərmanı ilə respublikanın ərazi-inzibati sistemində növbəti dəyişikliklər edilib.

* * *

Fərmana əsasən, Agcabədi, Əli Bayramlı (indiki Şirvan), Ağsu, Balakən, Daşkəsən, Cəbrayıl, Dəvəçi, Yevlax, Jdanov (Beyləqan), Zərdab, Qax, Qubadlı, Qutqaşen (Qəbələ), Mirbəşir (Tərtər), Nuxa (Şəki), Puşkin (Biləsuvar), Saatlı, Tovuz, Xaçmaz rayonları, Naxçıvan MSSR-də Ordubad və Şahbuz rayonları, DQMV-də Şuşa rayonu ləğv edilib.

* * *

Lakin bir il sonra, 1964-cü ilin iyulunda Cəbrayıl, Qubadlı, Puşkin rayonları, 1965-ci ilin yanvarında isə digər rayonlar bərpa olunub.

* * *

2000 - Xalq artisri Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova, 28.2.1918, Kazan - 2000, Bakı) vəfat edib. “Bizim Cəbiş müəllim”, “Yol əhvalatı” və s. flimlərdə çəkilib.

 

2003 - Prezident Heydər Əliyevin fərmanı ilə təsdiqlənən «Azərbaycan Respublikasının dövlət dili haqqında» qanun rəsmi mətbuatda dərc olunaraq qüvvəyə minib. Qanun ölkə Konstitusiyasına uyğun olaraq Azərbaycan dilinin hüquqi statusunu tənzimləyir.

 

5 yanvar

1819 – Naxçıvan xanın nəslindən olan sərkərdə, Rusiya ordusunun süvari generalı İsmayıl xan Ehsan xan oğlu Naxçıvanski, 1819 – 1908) anadan olub.

* * *

1884 – Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski, 1884 – 1.4.1954) Şuşada doğulub. Ü.Hacibəylinin xalası oğlu olub.

Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda (o cümlədən "Leyli və Məcnun"da Leyli rolunu) qadın rollarını oynayıb.

1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tardan dərs verib.

* * *

1927 – Yazıçı, şair, tərcüməçi Vidadi Yusif oğlu Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub.

“Vicdan susanda” romanının, “Həyat bizi sınayır” povestinin (və eyniadlı filmin ssenarisinin) müəllifidir.

* * *

1930 - Sovet İttifaqında kollektivləşmə və kolxoz quruculuğuna yardım haqqında qərar qəbul edilib.

Kolxoz quruculuğu SSRİ-də, o cümlədən Azərbaycanda dəhşətli repressiyalarla, 1 milyona yaxın adamın qolçomaq adı ilə damğalanaraq sürgün edilməsi ilə müşayiət olundu.

Kütləvi kolxozlaşmanın nəticəsi olaraq 1931-1933-cü illərdə SSRİ-ni dəhşətli aclıq bürüdü, milyonlarla insan öldü.

* * *

1949 - Əməkdar artist Kübra Əliyevanın doğum günüdür.

Teatr və televiziya tamaşalarında, “Sonuncu məhəbbət” (Ümbülnisə), “Güllələnmə təxirə salınır!” (Sonya) filmlərində çəkilib.

 

* * *

1955 – Əməkdar artist Fərhad İsrafilov anadan olub.

“Yeddi oğul istərəm” filmində oynadığı Qəqəni rolu ilə geniş tamaşaçı rəğbəti qazanıb. “Evlənmək istəyirəm”, “Doğma sahillər” və s. flimlərdə çəkilib. "Yuğ" Teatrında çalışır.

 

* * *

 

1991 - Bakının Dağüstü mədəniyyət və istirahət parkında (indiki "Şəhidlər Xiyabanı"nın ərazisi) 20-ci illərdə Azərbaycana rəhbərlik etmiş S.M. Kirovun nəhəng heykəli sökülüb.

Yarım əsrə yaxın Bakının ən uca zirvəsində "qərar tutan" abidə Azərbaycanda sosializmin təntənəsinin təcəssümü idi.

Heykəlin götürülməsi ilə bağlı rəsmi məlumatda əsas kimi "texniki səbəb" - ərazinin sürüşmə zonasında olması göstərilirdi. Gerçəkdə isə bu, Azərbaycanın sovet sistemi və onun simvolları ilə vidalaşmasına işarə idi.

 

* * *

 

1992 - Azərbaycan Respublikasının Müdafiə Şurası ləğv edilib.

Hakimiyyət və muxalifət rəhbərlərinin iştirakı ilə ölkədə guya ordu quruculuğuna kömək məqsədilə yaradılan (sentyabr 1991) Müdafiə Şurası əslində siyasi mübarizə və intriqa mərkəzinə çevrilmişdi.

 

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü) 

5 yanvar 1592 - İndiki Hindistan ərazisdə mövcud olmuş türk dövlətinin - Böyük Böyük Moqollar imperiyasının sultanı Cahanşah (1592 - 1666) anadan olub. Həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə tikdirdiyi Tac Mahal məscid-mavzoleyi möhtəşəm memarlıq abidəsi kimi dünyanın yeddi möcüzəsi sırasında yer alır.

5 yanvar 1855 - Amerikalı ixtiraçı, məşhur “The Gillette Company”nin qurucusu Kinq Kəmp Jilett (King Camp Gillette , 1855 - 1932) anadan olub.

5 yanvar 1921 - İsveçrə yazıçısı Fridrix Dürrenmatt (Friedrich Josef Dürrenmatt, 1921- 1990) anadan olub.

5 yanvar 1932 - Dünya şəhrətli italyan yazıçısı, filosof və tarixçi Umberto Eko (Umberto Eco) anadan olub.

 

 

6 yanvar

 

 

1733 - Səfəvi ordusu Bağdad yaxınlığında baş verən döyüşdə Osmanlı qoşunlarını məğlub edib. Tərəflər arasında imzalanan Bağdad sülh müqaviləsinə əsasən, Osmanlı dövləti 1723-1724-cü illərdən başlayaraq ələ keçirdiyi bütün Səfəvi torpaqlarını geri qaytarmağa razılıq verib. Osmanlı dövləti həmin dövrdə Şimali Azərbaycanın böyük hissəsini (Xəzəryanı ərazilərdən savayı), habelə Təbriz, Ərdəbil, Marağa, Xoy və digər Cənubi Azərbaycan ərazilərini nəzarətə götürmüşdü. 1732-ci ildə bağlanan Kirmanşah müqaviləsi ilə Səfəvilər Cənubi Azərbaycan ərazilərini geri ala bilmişdi.

 

* * *

 

1907 - Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev, 1907 – 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. “Səbuhi” (M.F.Axundov), “Böyük dayaq” (Kərəmoğlu), “Qatır Məmməd” (Fətəli Xan Xoyski) və s. flimlərdə çəkilib.

 

* * *

 

1938 – Tanınmış baletmeyster, Əməkdar incəsənət xadimi Yulana Yusufovna Əlikişizadə Bakıda anadan olub. 1978-ci ilədək Akademik Opera və Balet Teatrında balerina kimi fəaliyyət göstərib. Sonra Dövlət Mahnı Teatrında, Musiqili Komediya Teatrında balet qrupunun rəhbəri vəzifəsində çalışıb.

 

 * * *

 

1962 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (25.11.1901, Həştərxan - 1962, Bakı) vəfat edib. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onu Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub.

 

* * *

 

1994 - Qarabağda Ermənistan işğalçı qoşunları ilə müharibədə əks-hücuma keçən Azərbaycan Milli Ordusunun birləşmələri 1993-cü ilin ağır məğlubiyyətlərindən sonra ilk hərbi uğurunu qazanıb. Azərbaycan Silahlı Qüvvələrinin hissələri Füzuli rayonunun Aşağı Yağlıvənd, Kərimbəyli və Şükürbəyli kəndlərini erməni işğalından azad edib, bölgədə strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsi nəzarət altına alınıb.

 

* * *

7 yanvar

 

 

1907 – Azərbaycanın tanınmış qeoloqu, akademik Mirəli Qaşqay (1907-1977) Cəncədə anadan olmuşdur. Görkəmli alim bütün ömrünü Qafqazın geologiyasını və faydalı qazıntılarını öyrənməyə həsr etmişdir. M.Qaşqayın "Azərbaycan əsasi və ultrasəsi süxurları", "Azərbaycan mineral suları", “Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi" və s. fundamental əsərləri dünya elminə qiymətli töhfədir.

      1977-ci il aprelin 23-də Bakıda vəfat etmişdir.

 

Əlavə bax:

http://www.kataloq.net/v2/shexsler/Mir%C9%99li-Qa%C5%9Fqay-97

 

http://www.adam.az/az.php?subaction=showfull&id=1204811708&archive=&start_from=&ucat=8,29,53&go=headlines&category=53

http://az.wikipedia.org/wiki/Mir%C9%99li_Qa%C5%9Fkay

 

 

 * * *

 

1992 – Birləşmiş Ştatların prezidenti Corc (ata) Buş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması barədə Bakıya məktub göndərib. Həmin vaxtadək Azərbaycanın müstəqilliyini dünyanın 50-dək dövləti tanımışdı. 1992-ci il fevralın 28-də Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər quruldu.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=80&Itemid=43

http://www.525.az/view.php?lang=az&menu=17&id=3130

 

 

 * * *

 

2001 – Azərbaycanda 2000-ci ilin 5 noyabr parlament seçkilərindən sonra nəticələri ləğv olunmuş 11 seçki dairəsində Milli Məclisə təkrar seçkilər keçirilib.

Həmin dairələrdə seçkilərin nəticələri baş vermiş qanun pozuntuları səbəbindən ləğv edilmişdi.

Təkrar seçkilərin yekunlaşması ilə ikinci çağırış Milli Məclisin 124 deputatdan (Xankəndi dairasi istisna olmaqla) ibarət tam tərkibi formalaşdı.

http://www.azerbaycanli.org/az/page130.html

http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/2001.htm

 

 

 

8 yanvar

 

1607 – Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibə (1603-1612) gedişində türk qoşunlarının əlində olan Bakıda xalq üsyanı başlayıb.

Üsyandan istifadə edən Səfəvi qoşunları şəhərə daxil olaraq Osmanlı qüvvələrini oradan vurub çıxarıblar.

Tərəflər arasında bundan öncəki (1578-1590) müharibədə Bakı, Azərbaycan digər əraziləri ilə bərabər, Osmanlının nəzarətinə keçmişdi.

Səfəvi dövləti Bakını geri almaqla müharibənin gedişini tamamilə öz xeyrinə dəyişməyə müvəffəq oldu.

Əlavə bax:

http://www.baku-icc-2009.az/content.php?lang=az&page=58

http://www.azerbaycanli.org/az/page422.html

http://www.salaminfo.az/tarix/115.html

 

1920 – Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatı laureatı, teatr və kinoda bir çox yaddaqalan obrazlar yaratmış görkəmli sənətkar Leyla Bədirbəyli (1920-1999) anadan olub.

1999-cu il noyabrın 23-də vəfat edib.

Əlavə bax:

http://www.azeriart.net/kino/leyla.htm

http://anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_noyabr2009/97287.htm

http://epistolyar.musigi-dunya.az/teatr_xadimleri/badirbeyli_leyla.html

 

1992 – Erməni təxribatçı dəstələri Azərbaycana qarşı daha bir terror əməli həyata keçiriblər.

Türkmənistandan Krasnovodsk (Türkmənbaşı) - Bakı marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olub, 88 nəfər yaralanıb.

Əlavə bax:

http://www.mns.gov.az/terroractspart4_az.html

 

1995 – Azərbaycan Respublikası ilə Qayana dövləti arasında diplomatik münasibətlər qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=93&Itemid=43

 

 

 

                9 yanvar

 

1903 – Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (1903-1938) anadan olmuşdur.

Ülvi Rəcəb Stalin repressiyalarının qurbanı olub. 1937-ci ildə "xalq düşməni" damğası ilə tutulub. 1938-ci ilin yanvarında Bakıda güllələnib.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2002/iyul/154/meden.html

http://az.wikipedia.org/wiki/%C3%9Clvi_R%C9%99c%C9%99b

http://www.anl.az/down/medeniyyet2007/mart/medeniyyet2007_mart_330.htm

http://www.azadliq.org/content/article/1507337.html

 

1990 – Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Azərbaycandan oparılmasını hədəfləyən dair daha bir sənəd - “DQMV-nin sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in dövlət planına daxil edilməsi haqqında” qərar qəbul edib.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərarı respublikanın suverenliyinə qəsd olaraq qiymətləndirib və SSRİ Ali Sovetinin Rəyasət Heyətinə müraciət edib.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti isə Ermənistanın addımını pisləyən qərar qəbul etməklə kifayətləndi.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page513.html

http://www.525.az/print_preview.php?id=6563

 

1991 – Erməni terroru Azərbaycan ərazisində növbəti qanlı aksiyanı həyata keçirib.

Laçın-Yevlax yolunun 6-cı km-də Sovet Ordusuna məxsus “UAZ-469” markalı hərbi maşının gülləbaran edilməsi nəticəsində 4 nəfər, o cümlədən “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova və bölgədəki hərbi komendantlığın qulluqçuları olan 3 rus zabiti qətlə yetirilib.

Ölümündən sonra Salatın Əsgərovaya "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.

Əlavə bax:

http://www.mns.gov.az/terroractspart7_az.html

http://az.wikipedia.org/wiki/Salat%C4%B1n_%C6%8Fsg%C9%99rova

http://anspress.com/index.php?a=2&lng=az&nid=17443

 

1994 – Azərbaycanla Vatikan dövləti (ölkəmizin müstəqilliyini 1992-ci il mayın 23-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=78&Itemid=43

 

2001 – Rusiya prezidenti Vladimir Putinin Bakıya rəsmi səfərə gəlib. Bu, iki dövlət arasında münasibətlərin 10 illik tarixində Rusiyanın dövlət başçısının Azərbaycana ilk rəsmi səfəri idi. Səfər Azərbaycan-Rusiya əlaqələrində etimad havasının əsasını qoyub.

Heydər Əliyev-Vladimir Putin danışıqlarının yekunu olaraq iki ölkə arasında bir sıra mühüm sənədlər, o cümlədən ikitərəfli münasibətlər haqqında Bakı bəyannaməsi və Xəzər dənizində əməkdaşlıq haqqında bəyanat imzalanıb.

Əlavə bax:

http://library.aliyev-heritage.org/az/1618068.html

http://library.aliyev-heritage.org/az/7088638.html

http://www.mediaforum.az/articles.php?article_id=20060215065528595&page=02&lang=az

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=71&Itemid=43

 

10 yanvar

 

1838 – Məşhur Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (1838-1924) anadan olub.

Hacı Zeynalabdin Tagıyevin adı Azərbaycan tarixinə xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə həkk olunub.

Bakıda ilk teatr binası, Cənubi Qafqaz üzrə müsəlman qızlar üçün ilk məktəb, bu gün Azərbaycan paytaxtının arxitekturasına yaraşıq verən onlarla tikili onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları («Müsəlman xeyriyyə cəmiyyəti», «Nəşr və maarif», «Nicat» və s.) Tagıyevin köməyi sayəsində fəaliyyət göstərib.

Dövrün tanınmış ziyalıları, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Tağıyevin köməyi ilə Rusiyada, Avropada təhsil almışdılar.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page523.html

http://marketing.ucoz.org/load/11-1-0-200

http://az.wikipedia.org/wiki/Hac%C4%B1_Zeynalabdin_Ta%C4%9F%C4%B1yev

 

1994 – NATO-nun Brüsseldə keçirilən sammitində “Sülh Haminə Tərəfdaşlıq” proqramı qəbul olunub.

NATO-nun keçmiş sosialist ölkələri əməkdaşlığını tənzimləyən proqrama qoşulmaq üçün 20-dən çox dövlətə, o cümlədən Azərbaycana (ölkəmiz 1994-cü ilin mayında SNT proqramına qoşuldu) dəvət göndərilib.

Brüssel sammitinin yekun bəyanatında (11 yanvar 1994) NATO-nun Cənubi Qafqaz ölkələri ilə bağlı siyasətinə dair ayrıca bənd yer almışdı.

Sənəd NATO-nun Cənubi Qafqazın hər üç respublikasının ərazi bütövlüyünü tanıdığını və güc işlətməklə ərazilərin ələ keçirilməsini pislədiyini bəyan edirdi.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page439.html

http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=595&Itemid=1

 

 

 * * *

11 yanvar        

 

 1920 – I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal (Paris) sülh konfransının Ali Şurasında Böyük Britaniyanın xarici işlər naziri Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin tanınması barədə qərar qəbul olunub.  Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Qərb dairələri ilə aparılan birillik gərgin danışıqlardan sonra buna nail olmuşdu. Paris sülh konfransının rəsmi qərarın yanvarın 15-də Azərbaycan nümayəndə heyətinə rəsmən təqdim olundu.

Əlavə bax:

http://www.525.az/view.php?lang=az&menu=7&id=3569

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=711&Itemid=1

http://www.elibrary.az/docs/paris.pdf

 

 

 

 

1994 – Azərbaycan Latviya və Slovakiya ilə diplomatik münasibətlər qurub. Hər iki ölkə Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 8-də tanımışdı.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=56&Itemid=43

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=74&Itemid=43

 

 

 

2003 – Prezident Heydər Əliyevə "ANS" Müstəqil Yayım və Media Şirkətinin və "Çingiz Mustafayev Fondu"nun təsis etdiyi "2002-ci ilin adamı" mükafatı təqdim edilib. Dövlət başçısı bu mükafata 2002-ci il ərzində Azərbaycanın xarici siyasətində əldə olunmuş mühüm nəticələrə görə layiq görülmüşdü:

Rusiya ilə Qəbələ RLS-in statusu və Xəzərin dibinin bölünməsi üzrə sazişlərin imzalanması;

Azərbaycan-Türkiyə-Gürcüstan təhlükəsizlik sazişinin imzalanması;

Azərbaycan-İran münasibətlərinin sahmanlanması.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2003/yanvar/09/olke.html

http://library.aliyev-heritage.org/az/7335030.html

 

 

 

12 yanvar

1908 – Dahi bəstəkar Üzeyir Hacıbəyovun müəllifi olduğu ilk Azərbaycan operası - “Leyli və Məcnun” tamaşaya qoyulub.

“Leyli və Məcnun” müsəlman Şərq dünyasında ilk opera əsəri idi. Premyera öncəsi Bakı küçələrinə vurulan ilk afişa bu məzmunda idi:

“Müsəlman dilində əvvəlinci dəfə opera. “Leyli və Məcnun”. Şənbə günü, axşam, yanvarın 12-si (yeni təqvimlə 25-i) “Nicat” maarif cəmiyyətinin dram heyəti tərəfindən mövqe-tamaşaya qoyulacaq”.

Əlavə bax:

http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1789

http://www.anl.az/down/medeniyyet2009/yanvar/medeniyyet2009_yanvar_346.htm

http://musigi-dunya.az/new/read_magazine.asp?id=251

 

 

 

 

1989 – SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiq edilməsi haqqında” fərman verib. Fərmana əsasən, Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə birbaşa Moskvaya tabe olan “Xüsusi İdarə Komitəsi” yaradıldı. Moskvanın qərarı guya münaqişənin səngiməsinə yönəlmişdi. Gerçəkdə isə Arkadi Volskinin rəhbərlik etdiyi “komitə” Dağlıq Qarabağın Azərbaycanın suverenliyindən çıxarılmasına xidmət edirdi. Əhalinin geniş etiraz çıxışlarından sonra “Xüsusi İdarə Komitəsi” 1989-cu ilin noyabrında Bakının formal tabeçiliyində olan Təşkilat Komitəsi ilə əvəzləndi.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page513.html

http://www.anl.az/el/q/qarabag_2/q-50.htm

 

 

 

 

1995 – Azərbaycan Respublikası ilə Uruqvay arasıında diplomatik münasibətlər qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=97&Itemid=43

 

 

 

2004 – Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamlar imzalayıb. Azərbaycan Milli Ensiklopediyasının ilk xüsusi nəşri - “Azərbaycan” cildi 2007-ci ildə çapdan çıxdı.

 

Əlavə bax:

http://www.science.az/az/index.php?id=13

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=21257

 

13 yanvar

 

 

1990 – Bakının “Azadlıq” meydanındakı izdihamlı mitinqdə Azərbaycan Xalq Cəbhəsi tərəfindən “Milli Müdafiə Şurası”nın yaradıldığı elan olunub. Bu, faktiki olaraq müxalifətin respublikada hakimiyyəti ələ keçirməyə hazırlaşdığını bəyan etməsi idi. Elə həmin gün sovet xüsusi xidmət orqanlarının gizli əməkdaşlarının təhriki ilə Bakıda yaşayan ermənilərə qarşı talanlar başlanıb. SSRİ KQB-sinin ssenarisi üzrə başlanan bu məqsədli təxribat Bakıya ordu birləşmələrinin yeridilməsini (20 Yanvar qırğını) əsaslandırmalı idi. Üç gün sürən talanlardan sonra ermənilərin Bakıdan kütləvi köçü (təxminən 200 min nəfər) başlandı.

Əlavə bax:

http://www.mediaforum.az/print.php?lang=az&article_id=20060120083526770&page=05

http://almaqezeti.com/?mod=view&id=2813

http://www.scribd.com/doc/14151858/ButovAzerbaycanyolunda

http://www.anl.az/el/z/zm_ity.pdf

 

 

 

 

1991 – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Şaumyan (kənd) rayonu inzibati-ərazi vahidi kimi ləğv edilib və onun ərazisi Goranboy rayonuna birləşdirilib.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page397.html

 

 

 

1997 – Prezident Heydər Əliyev Fransa prezidenti Jak Şirakın dəvətilə Parisə rəsmi səfərə gedib. Səfər gedişində (13-17 yanvar) ikitərəfli sazişlər, o cümlədən Xəzərin Azərbaycan sektorundakı “Lənkəran-dəniz” və “Talış-dəniz” yataqlarının Fransanın “Elf-Akiten” və “Total” şirkətləri ilə birgə işlənməsinə dair müqavilələr imzalanıb.

Əlavə bax:

http://library.aliyev-heritage.org/az/1305240.html

http://library.aliyev-heritage.org/print.php?lang=az&page=7435114

 

 

 

14 yanvar

 

1911 - Tanınmış riyaziyyatçı alim Zahid İsmayıl oğlu Xəlilov (1911-1974) Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olub. Zahid Xəlilov 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru adını alıb. Azərbaycan Elmlər Akademiyasının prezidenti (1962-1967) olub.

* * *

1923 – Görkəmli teatr rejissoru Tofiq Səməd Mənsur oğlu Kazımov (1923-2.8.1980) Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor işləyib. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması T.Kazımovun adı ilə bağlıdır.

* * *

1930 – Görkəmli neftçi-alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, professor Xoşbəxt Yusifzadənin doğum günüdür.

* * *

1992 - Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanıb. Bu, Azərbaycanın xarici ölkə ilə imzaladığı ilk diplomatik sənəd idi. 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə olmuşdu.

* * *

1992 - “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanun qüvvəyə minib. Qanunda Azərbaycan Respublikasının sərhədlərinin dövlətin öz qüvvələri tərəfindən qorunması başlıca şərt kimi vurğulanmışdı. Qanunun tələbinə əsasən, 1992-ci ilin avqustunda ilk dəfə Rusiya (keçmiş SSRİ) sərhədçiləri Naxçıvan Muxtar Respublikasından çıxarıldı, sərhəd hissəsi Azərbaycan Respublikası Sərhəd Qoşunlarının tam nəzarətinə keçdi. Bu tarixi hadisədə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin xüsusi rolu olmuşdu.

* * *

1999 - Xalq artisti, teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya (28.6.1914, Şuşa - 1999) vəfat edib. “Görüş”, “O olmasın, bu olsun”, “Telefonçu qız”, “Onun bəlalı sevgisi” və s. filmlərdə yaddqalan obrazlar yaradıb.

* * *

►13 yanvar

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

14 yanvar 1818 - Görkəmli fin yazıçısı və şairi Zaxarias Topelius (1818-1898) anadan olub.

14 yanvar 1827 - Məşhur rus etnoqraf və coğrafiyaşünası, incəsənət tarixçisi Pyotr Semyonov Tyan-Şanski (1827-1914) anadan olub.

14 yanvar 1895 - Başqırd klassik ədəbiyyatının banilərindən biri, şair Şeyxzadə Məhəmmədzakiroviç Babiç (1895-1919) anadan olub.

14 yanvar 1896 - Portuqal mənşəli Amerika yazıçısı Con Dos Passos (John Roderigo Dos Passos, 1896-1970) anadan olub.

14 yanvar 1911 - Rus yazıçısı, “Arbat uşaqları”, “Kortik” romanlarının müəllifi Anatoli Naumoviç Rıbakov (1911-1998) anadan olub.

14 yanvar 1963 -  Populyar rus aktrisası Anna Samoxinanın (1963-8.2.2010) doğum günüdür.