Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
26 Mart , 2020



Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində növbəti videoçarx hazırlandı.

Videoçarx Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızı rayonu haqqındadır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şimaldan Vərəftə, cənubdan Taxtayaylaq, şərqdən isə Aladaş silsilələri ilə əhatə olunmuşdur. Videoçarxda əsrarəngiz gözəlliyə malik olan Xızı rayonunun təbiəti, dağları, meşələri, çayları,bulaqları və şəlalələri, bitki və heyvanat aləmi haqqında fotolar əks olunmuşdur.

Videoçarxda Xızı rayonu ərazisində qorunan tarixi abidələr – Tıxlı məscidi (XX əsrin əvvəlləri), Xızı məscidi (XIX əsr), Şuraabad məscidi, Ağdərə məscidi, qədim hamam (XIX əsr), dəyirman (XIX əsr), qədim su anbarı, “Oxu tar” abidəsini əks etdirən fotolar verilmişdir.

        Burada Xızı rayonunun görkəmli şəxsiyyətlərinin siyahısı yerləşdirilmiş, tarixən inkişaf etmiş və müasir dövrdə də öz aktuallığını itirməyən sənətkarlıq sahələrini əks etdirən fotolar da öz əksini tapmışdır.

        Videoçarxda Xızı xalçaları (Gədi, Fındığan,  Çaylı, Saçlı və s.) və Xızı mətbəxinin nümunələrinin (dağlı çörəyi, tutmac, sirava) fotoları da yerləşdirilmişdir.

Videoçarx Azərbaycan Respublikasının Xalq artistləri Məmmədbağır Bağırzadənin ifasında “Xızı dağları” və Eyyub Yaqubovun ifasında “Simuzərim” (“Xızı dağları”) mahnıları ilə müşayiət olunur.

Videoçarx aşağıdakı linkdə yerləşdirilib:

https://www.youtube.com/watch?v=C22LTwSf9a0

https://www.youtube.com/watch?v=CfOyotu1_EQ

 “Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da izləmək mümkündür.

Layihə çərçivəsində Azərbaycanın bir çox rayonları haqqında silsilə videoçarxlar hazırlanacaq.

 


Foto Qalereya