Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
22 May , 2020



Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə layihə çərçivəsində “Müşfiq diyarı yaz fəslində” adlı videoçarx təqdim etdi.

Kitabxanalar Azərbaycanın Respublikasının əməkdar artisti Abbas Bağırovun ifasında “Yaz gəldi” mahnısının sədaları altında oxucularını gözəl, əsrarəngiz təbiətə malik Müşfiq diyarına virtual səyahətə dəvət etdi.

Videoçarxda Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndindəki ev-muzeyi, rayonun simvoluna çevrilən dağın döşündə tara qoyulan “Oxu tar” abidəsi əks olunub. Əsrarəngiz təbiəti, yamyaşıl yamacları, güllü-çiçəkli çəmənləri ilə insan ruhunu oxşayan  Xızı təbiəti öz gözəlliyi ilə diqqəti cəlb edir. Videoçarxı izlədikcə al-əlvan çiçəklərin ətri duyulur bir anlıq insan özünü bu gözəl təbiət qoynunda hiss edir. Bu videoçarxı izləyərək insanlar yazın gəlişini, təbiətin gözəlliyini duyaraq bütün xəstəliklərə qalib gələcək.

Videoçarx aşağıdakı linkdə yerləşdirilib:

https://www.youtube.com/watch?v=7rFkx5ZJvrI
Foto Qalereya
Video Qalereya