Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
22 May , 2020



 

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) keçirdiyi  “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan şair və yazıçılar öz əsərlərini təqdim etməkdə davam edirlər.

Şair-qəzəlxan, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu Şahin Fazil “Evdə qal, evdə yarat!” çağrışına dəstək olaraq yeni “Dərdli” qəzəlini kitabxanaya təqdim etdi. Azərbaycan qəzəlini təzə məzmun və məna baxımından zənginləşdirməkdə olan Yasin Xəlilə xitabən yazdığı  qəzəldə şair “Eylə dua Allaha, Yasin Xəlil”, – deyərək bütün ölkələrə ziyan vuran taclı bəlanın Rəbbin lütfü ilə yox olub gedəcəyiniə inanır.

Şeir oxuculara təqdim olunur.

 

DƏRDLİ QƏZƏL

Azərbaycan qəzəlini təzə məzmun və məna 

baxımından zənginləşdirməkdə olan Yasin Xalilə
—————-—————————————————


Görməyimiz yoxdu karantin hələ,
Gördük onu, şükr elə, Yasin, hələ.

 

Tac qoyaraq başına virus gəlib,

Tam sağalıbmı görəsən Çin hələ.

 

Narahat olmuş Yer üzü büsbütün,

Asudəlik olmalı təmin hələ.

 

İşlərimiz var nə qədər qarşıda,

Müşkülümüz qarşıda min-min hələ.

 

Əli Ələmi, həm Hacı Rafiq dedi:

"Çoxlu adam var ki, didərgin hələ".

 

Dövlətimiz var qoruyur bizləri,

Yaxşı ki, çıxmır şüşədən cin hələ.

 

Tövsiyə ki, "evdə qal" olmuş adı,

Olmalıdır millətə təlqin hələ.

 

Dəydi bütün ölkələrə çox zərər,

Günlərimiz keçmədə gərgin hələ.

 

Gözləmədə üç kitabım nəşrini,

İlhama,"dillən" deyirəm, din, hələ.

 

Gün o gün olsun ki, qıraq virusu,

Gözləyirik dil deyə: "Amin", hələ.

 

Bizdə qətiyyət çoxalır get-gedə,

Coşmada virusda qəzəb-kin hələ.

 

Naşükür olmaq yaramaz, şükr edək,

Görməliyik lütfünü Rəbbin hələ.

 

Eylə dua Allaha, Yasin Xəlil,

Qıyma oxunsun bizə Yasin hələ.

 

Rədd ola virus ki, qızışmaqdadır,

Qarşı çıxaq biz ona kəskin hələ.

 

"Zatına lənət" deyərək qıçqıraq,

Görməliyik zatını miskin hələ.

 

Bəlli ki, hərçənd söyüşü xoşlamır, 

Çox söyəcək virusu Şahin hələ.