Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
31 İyul , 2020



Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Metodika-biblioqrafiya və İnformasiya-resurs şöbələrinin əməkdaşlarının İslam aləmində ən qədim bayramlardan biri sayılan Qurban bayramı ilə əlaqədar hazırladıqları videoçarx sosial şəbəkələrə təqdim olundu.

Qeyd edək ki, Qurban bayramı dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən təmtəraqla qeyd edilir.

  “İslam aləminin ən müqəddəs bayramlarından biri – Qurban bayramı” başlığı altında bir neçə videonın toplandığı videoçarxda kitabxananın şöbə müdiri Aysel İsmayılova və sistem inzibatçısı Gülnar Allahverdiyeva hamıya saflıq, təmizlik gətirən Qurban bayramının mahiyyəti, əhəmiyyəti, tarixi və şərtləri ilə bağlı məlumatları izləyicilərə çatdırır.

Təqdim olunan videoçarxda İbrahim peyğəmbərin oğlu İsmayılı Allaha qurban vermək istəməsi səhnəsi də yer alır.

Qurban bayramına həsr edilən videoçarxın sonunda kəsilən qurabana ediləcək ibadətdə verilir.

Müqəddəs Qurban bayramı ilə bağlı hazırlanmış videoçarxı YouTube kanalına daxil olaraq izləmək mümkündür.

https://www.youtube.com/watch?v=40AKcAKZUsk

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi bütün müsəlmanları müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir.

 

 


Foto Qalereya
Video Qalereya