Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
31 İyul , 2020



Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası  tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” layihələrinə qələmi ilə dəstək olan şair və yazıçılardan biri də Gülarə Munis olmuşdur.

M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülarə Munis kitabxanaya səsləndirdiyi “Qızılgül və qərənfil” adlı nağılı təqdim etdi.

Videoçarxda şairə ilk olaraq, uşaqların “şəhid” və “müharibə” sözlərini eşitdiyi üçün təəssüf hissi keçirdiyini və uşaqlara şəhidlər haqqında bəhs etməyin isə borcumuz olduğunu vurğuladı.

Videoçarxda yazıçı tərəfindən söylənilən nağıl gül mağazasındakı qızılgülün qərənfilə olan təkəbbürlü danışığı ilə başlayır.

“Qərənfil şəhid qanının rəngidir” cümləsinin yer aldığı nağılı yazıçı Gülarə Munisin dilindən dinləmək üçün aşağıdakı YouTube kanalının linkinə daxil olun.

https://www.youtube.com/watch?v=Xp1jHLv-rnA