Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
15 Sentyabr , 2020



Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) vətənpərvərlik ruhunu əks etdirən növbəti videoçarx təqdim edildi.

“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə dəstək olaraq  təqdim edilən videoçarx “Türk oğlu” mahnısının müşayiəti ilə nümayiş olunur.

Qeyd edək ki, videoçarx Vətən oğullarına həsr edilib.

Videoçarxda yer alan “Türk oğlu” mahnısının sözləri Mərkəzi Kitabxananın Fəxri oxucusu, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, şairə-publisist, AYB-nin və AJB-nin üzvü, “Qızıl Qələm” media mükafatçısı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatı laureatı, “Vedibasar” qəzetinin redaktoru Nəsibə İsrafilqızına məxsusdur.

Mahnının bəstəsi Arif Səlimova, ifası isə Azərbaycanın xalq artisti Gülyanaq Məmmədovaya aiddir.

Videoçarxda Azərbaycanının Milli Qəhrəmanı Mübariz İbrahimovun, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun və 12 iyul döyüşündə  şəhid olmuş digər igidlərin fotoları nümayiş olunur.

Videoçarxda həmçinin Azərbaycan və türk qardaşlığı ilə bağlı fotolarda verilir.

“Ayağa qalx, Vətən oğlu” misrasının yer aldığı “Türk oğlu” mahnısı ilə müşayiət olunan videoçarxın YouTube linki aşağıda verilib:

https://www.youtube.com/watch?v=QT_xeaSqADQ

 


Video Qalereya